...

Deputat: Prezident hər zaman sözlərini əməli addımları ilə təsdiq edir

Siyasət Materials 2 May 2016 18:32 (UTC +04:00)
“Azərbaycan Prezidenti İlham Əliyevin düşmən tərəfinin hədəfində olan, təmas xətti boyunca yerləşən rayonların əhalisinin yanında olması, orada yaralanmış dinc sakinlərə baş çəkməsi, erməni vandalizmi nəticəsində dağıdılmış evlərin sakinləri ilə görüşməsi cənab Prezidentin xalq ilə bağlılığının birbaşa təsdiqi kimi dəyərləndirilə bilər”.
Deputat: Prezident hər zaman sözlərini əməli addımları ilə təsdiq edir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan Prezidenti İlham Əliyevin düşmən tərəfinin hədəfində olan, təmas xətti boyunca yerləşən rayonların əhalisinin yanında olması, orada yaralanmış dinc sakinlərə baş çəkməsi, erməni vandalizmi nəticəsində dağıdılmış evlərin sakinləri ilə görüşməsi cənab Prezidentin xalq ilə bağlılığının birbaşa təsdiqi kimi dəyərləndirilə bilər".

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin Tərtər, Ağdam və Bərdə rayonlarına səfərini şərh edərkən deyib.

Deputat qeyd edib ki, Prezident hər zaman öz sözlərini əməli addımları ilə təsdiq edir: "Həm də cənab Prezident bununla bir daha göstərdi ki, ölkə rəhbərliyi hər zaman xalqın yanındadır və düşmənin bütün bu hərəkətlərinə layiqli cavab verilir və bundan sonra da cavab veriləcək".

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, biz xalqımıza söykənərək, xalqın mənafeyindən çıxış edərək öz daxili və xarici siyasətimizi həyata keçiririk.

Deputat qeyd edib ki, bu bizi həm güclü edən, həm də bizi təzyiq tərəfinə çevirən amildir: "Çünki Azərbaycanı sevməyən qüvvələr məhz xalq ilə hakimiyyət arasında, xalq ilə Prezident arasındakı birlikdən narahatdılar, bunu həzm etmək istəmirlər və müxtəlif təzyiq üsullarına əl atırlar. Bu baxımdan cənab Prezidentin xalqın yanından olması onlara da tutarlı bir cavabdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti