...

Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət etdi

Siyasət Materials 17 May 2016 15:35 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir: "Bu 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək".

Z.Əsgərov bildirib ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.

Milli Məclisin bu məsələ ilə bağlı iclasının mayın 20-də keçiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti