...

Azərbaycan Prezidenti Danimarka Kraliçası və İsveç Kralını təbrik edib

Siyasət Materials 4 İyun 2016 15:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası II Marqreteyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Danimarka Kraliçası və İsveç Kralını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası II Marqreteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Danimarka Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Danimarka xalqına daim sülh və rifah diləyirəm".

Dövlətimizin başçısı İsveç Kralı XVI Karl Qustavı da təbrik edib.

Məktubda qeyd olunur: "İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti