...

Nazir müavini: Danışıqlar üçün Aİ-nin mandat verməsi gözlənilir

Siyasət Materials 23 İyun 2016 10:37 (UTC +04:00)
Azərbaycanla strateji əməkdaşlıq haqqında danışıqların başlanması üçün bu ilin oktyabr ayında Avropa İttifaqı tərəfindən mandatın verilməsi gözlənilir.
Nazir müavini: Danışıqlar üçün Aİ-nin mandat verməsi gözlənilir

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova – Trend:

Azərbaycanla strateji əməkdaşlıq haqqında danışıqların başlanması üçün bu ilin oktyabr ayında Avropa İttifaqı tərəfindən mandatın verilməsi gözlənilir. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, ötən il Aİ-nin Riqada keçirilən sammitində Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşmanın layihəsi təqdim olunub. M.Məmmədquliyev qeyd edib ki, bu razılaşmanın imzalanması tərəflər arasında əməkdaşlıq səviyyəsinin daha da artırılmasına imkan verəcək.

Nazir müavini bildirib ki, bu ilin ikinci yarısında Avropa Komissiyasında Azərbaycan üzrə alt-komitələrin iclaslarının keçirilməsi planlaşdırılır: “Biz həmçinin aviasiya sahəsində Aİ ilə razılaşmaya dair danışıqları davam etdirməyi planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti