...

Moskva və Bakı V Beynəlxalq Humanitar Forumuna hazırlaşırlar

Siyasət Materials 9 İyul 2016 11:21 (UTC +04:00)
Moskva və Bakı sentyabrın 29-da Azərbaycan paytaxtında iki ölkə liderinin himayəsi altında keçiriləcək V Beynəlxalq Humanitar Forumuna hazırlıq görürlər.
Moskva və Bakı V Beynəlxalq Humanitar Forumuna hazırlaşırlar

Bakı. Trend:

Moskva və Bakı sentyabrın 29-da Azərbaycan paytaxtında iki ölkə liderinin himayəsi altında keçiriləcək V Beynəlxalq Humanitar Forumuna hazırlıq görürlər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər yayıb.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma, həmçinin bir sıra dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri dəvət olunurlar. Tədbirdə insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır.

2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti