...

MSK 124 dairə seçki komissiyasının tərkibini yenidən formalaşdırdı

Siyasət Materials 4 Avqust 2016 17:08 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
MSK 124 dairə seçki komissiyasının tərkibini yenidən formalaşdırdı

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Trend-in məlumatına görə, iclasda respublika üzrə dairə seçki komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.

Beləliklə, MSK 124 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edib. İclasda qeyd olunub ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi isə Milli Məclisə keçirilən təkrar seçkilər zamanı yenidən təşkil olunub.

İclasda həmçinin MSK-nın 26 və 27 iyul 2016-cı il tarixli iclasların protokolları təsdiqlənib.

Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti