...

Norveç Azərbaycanın Avro-Atlantika təsisatları ilə əməkdaşlığını dəstəkləyir

Siyasət Materials 21 Sentyabr 2016 15:46 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Norveçin xarici işlər naziri B.Brende ölkəsinin Azərbaycanın Avro-Atlantika təsisatları ilə əməkdaşlığını dəstəklədiyini bildirib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verərək, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti