...

Fəzail Ağamalı: Xalq bir daha həmin gün dövlətçiliyə sədaqətini nümayiş etdirdi

Siyasət Materials 28 Sentyabr 2016 13:13 (UTC +04:00)
Sentyabrın 26-da Azərbaycan xalqı dövlətçiliyə münasibətini bir daha ortaya qoydu.
Fəzail Ağamalı: Xalq bir daha həmin gün dövlətçiliyə sədaqətini nümayiş etdirdi

Bakı. Samir Əli - Trend:

Sentyabrın 26-da Azərbaycan xalqı dövlətçiliyə münasibətini bir daha ortaya qoydu. Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, xalq bir daha həmin gün dövlətçiliyə sədaqətini nümayiş etdirdi: "Azərbaycan xalqı referendumda fəallıq göstərdi. Xalqımız Azərbaycanda demokratik proseslərin dərinləşməsinə, idarəçiliyin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə, dövlət təhlükəsizliyimizin təmin olunmasına xidmət edən proseslərə müsbət rəyini bildirdi. Xalq öz iradəsilə Konstitusiyaya dəyişikliklərə səs verdi. Bununla da, Azərbaycanın siyasi, sosial, iqtisadi həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Əminəm ki, Konstitusiyaya dəyişikliklər öz töhfəsini verəcək və Azərbaycan bütün istiqamətlərdə inkişafın yeni mərhələsini yaşayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti