...

Prezident İlham Əliyev Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 28 Sentyabr 2016 14:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Uruqvay Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay Respublikasının yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Forumda müzakirə olunacaq məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda millətlər və dinlər arası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü dedi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Azərbaycanla Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq əməkdaşlığımız inkişaf etdirilməsi üçün yaxşı imkanlarının olduğunu bildirdi. Dövlətimizin başçısı eyni zamanda səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Uruqvay Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Uruqvay Respublikasının prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. O, V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğuladı. Xerardo Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini dedi. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da vurğuladı.

Dövlətimizin başçısı Uruqvay Respublikasının prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvayın dövlət başçısına çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti