...

Bakıda MDB ölkələrinin miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2016 12:59 (UTC +04:00)
Oktyabrın 12-də Bakıda MDB iştirakçı ölkələrin miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək.
Bakıda MDB ölkələrinin miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək

Bakı. Səba Ağayeva - Trend:

Oktyabrın 12-də Bakıda MDB iştirakçı ölkələrin miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək.

Bunu Trend-ə təşkilatın katibliyindən deyiblər.

İclada miqrasiya sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəldilmiş 17 məsələyə baxılması planlaşdırılır.

İclas iştirakçıları həmçinin ikitərəfli readmissiya sazişlərinin və miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişlərin bağlanması üzrə işlərin gedişi barədə məlumat mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti