...

Washington Times: Roma Papasının Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır

Siyasət Materials 7 Oktyabr 2016 11:48 (UTC +04:00)
Roma Papası Fransiskin müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır.
Washington Times: Roma Papasının Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Roma Papası Fransiskin müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycana səfəri bütün dünya üçün vacib siqnaldır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Washington Times" nəşrində dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir: "Azərbaycan Prezidenti İlham Əliyev səfərin vacibliyini qeyd edərək onu tarixi adlandırıb və ölkənin aşkarlıq və tolerantlığın qədim ənənələrinin qorunmasına sadiqliyini təsdiq edib. Bu fikir Fransisk tərəfindən dəstəklənib. O, Azərbaycanın katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında yaranmış səmimi münasibətləri müşahidə etməsindən şad olduğunu ifadə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti