...

Spiker: Azərbaycanla Cibuti arasında parlamentlərarası dostluq qrupu yaradılması əlaqələri möhkəmləndirəcək (FOTO)

Siyasət Materials 25 Oktyabr 2016 11:15 (UTC +04:00)
Səfir Elman Abdullayev Cibuti parlamentinin spikeri Məhəmməd Əli Huməd ilə görüşüb.
Spiker: Azərbaycanla Cibuti arasında parlamentlərarası dostluq qrupu yaradılması əlaqələri möhkəmləndirəcək (FOTO)

Bakı. Trend:

Səfir Elman Abdullayev Cibuti parlamentinin spikeri Məhəmməd Əli Huməd ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə səfir E.Abdullayev ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın müsəlman şərqində ilk parlamentli respublika olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Diplomat Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq hüquqa və normalara riayət etmədiyini və Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını və bu işğal nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyünü bildirib.

O, beynəlxalq təşkilatların o cümlədən BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin bu günədək icra olunmadığını qeyd edib. Bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cibuti hökumətinə dərin təşəkkürünü bildirən səfir E.Abdullayev iki ölkə arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini irəli sürüb.

Spiker M.Ə.Huməd Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səfir E.Abdullayevi təbrik edərək, dost Azərbaycan xalqına sülh və firavanlıq arzularını çatdırıb. Spiker M.Ə.Huməd Cibutinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bundan sonrada daha sıx əlaqələrin yaradılacağına əmin olduğunu bildirib. Tərəflər arasında qarşılıqlı şəkildə parlamentlərarası dostluq qrupunun yaradılması təklifini yüksək qiymətləndirən spiker M.Ə.Huməd bu dostluq qrupunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyiniə ümidvar olduğunu vurğulayıb.

Səfir E.Abdullayev səmimi təbrikə görə spiker M.Ə.Humədə dərin minnətdarlığını bildirərək, bu 25 il ərzində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın bu gün dünyada özünəməxsus yeri olduğunu və bu uğurların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu uzaqgörən xarici siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti