...

Argentinada Azərbaycanın dövlət müstəqilliyinin ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 31 Oktyabr 2016 19:58 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfirliyində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Argentinada Azərbaycanın dövlət müstəqilliyinin ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Argentinadakı səfirliyində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Argentina Milli Konqresinin üzvləri və digər vəzifəli şəxsləri, Argentina Xarici İşlər və Etiqad Nazirliyinin, Argentinada akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik və işgüzar çevrələrin, müxtəlif mətbu orqanların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov 1991-ci ilin 18 oktyabrda ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi, həmin illərdə Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhran, Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ictimai-siyasi sabitliyin bərpa olunması, ölkə prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin iştirak etdiyi beynəlxalq əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri, Azərbaycanda multikulturalizm ənənələri, habelə Argentina-Azərbaycan münasibətləri barədə qonaqlara məlumat verib.

Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxi nümunələri təqdim olunub, ölkəmizlə bağlı video çarxlar göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti