...

Dünya Xəbər Agentliklləri Konqresinə sədrlik Azərbaycana keçdi

Siyasət Materials 17 Noyabr 2016 13:47 (UTC +04:00)
Dünya Xəbər Agentliklləri Konqresinə sədrlik Azərbaycana keçib.
Dünya Xəbər Agentliklləri Konqresinə sədrlik Azərbaycana keçdi

Bakı. Elçin Mehdiyev – Trend:

Dünya Xəbər Agentliklləri Konqresinə sədrlik Azərbaycana keçib. Trend-in məlumatına görə, bu barədə qərar Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresində verilib.

AZƏRTAC Dövlət Xəbər Agentliyi 2016-cı ildən 2019-cü ilə qədər Konqresə sədrlik edəcək. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov 2019-2022-ci illər üçün Dünya Xəbər Agentliklləri Konqresin prezidenti seçilib.

Konqresin bağlanış mərasimində həmçinin bəyanat qəbul edilib.

Qeyd edək ki, 2013-cü ildə Dünya Xəbər Agentlikllərinın Ər-Riyadda keçirilən konqresində AZƏRTAC bir neçə xəbər agentliyi arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti