...

Azərbaycan İsrailə meşə yanğınlarının söndürülməsi üçün kömək edəcək

Siyasət Materials 25 Noyabr 2016 10:27 (UTC +04:00)
İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.
Azərbaycan İsrailə meşə yanğınlarının söndürülməsi üçün kömək edəcək

Bakı. Trend:

İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti