...

Nazir müavini: Aİ və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar üzrə hazırlıq işləri gedir

Siyasət Materials 25 Noyabr 2016 21:12 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji sazişin imzalanması üzrə danışıqların başlanması ilə bağlı hazırlıq işləri gedir.
Nazir müavini: Aİ və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar üzrə hazırlıq işləri gedir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji sazişin imzalanması üzrə danışıqların başlanması ilə bağlı hazırlıq işləri gedir, lakin çətin ki, danışıqlar bu ilin sonuna qədər başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev qeyd edib ki, sazişin aspektlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ olacaq.

Onun sözlərinə görə, hər iki tərəf bununla bağlı hazırlıq işləri görür: "Danışıqlarla bağlı təşkil olunan nümayəndə heyətinə təkcə XİN-nin idarələri deyil, əksər qurumların təmsilçiləri daxil olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti