...

Gürcü alim: Ermənilər lap qədim zamanlardan bütün Qafqaz regionunu erməniləşdirməyə çalışırlar

Siyasət Materials 28 Dekabr 2016 17:37 (UTC +04:00)
Ermənilər lap qədim zamanlardan bütün Qafqaz regionunu erməniləşdirmək planını həyata keçirməyə çalışırlar.
Gürcü alim: Ermənilər lap qədim zamanlardan bütün Qafqaz regionunu erməniləşdirməyə çalışırlar

Bakı. Trend:

Ermənilər lap qədim zamanlardan bütün Qafqaz regionunu erməniləşdirmək planını həyata keçirməyə çalışırlar.

Trend-in məlumatına görə, alim və tədqiqatçı, tarix elmləri doktoru, erməni məsələsinin araşdırıcısı Aleksandre Abdaladze Gürcüstanın iqtidaryönlü “Asaval-dasaval” (“Kələ-kötür”) qəzetinə müsahibəsində deyib.

A.Abdaladze bildirib ki, ermənilər lap qədim zamanlardan bütün Qafqaz regionunu, eləcə də Gürcüstanı erməniləşdirmək planının həyata keçirməyə çalışırlar: “Lakin onların arzusunun həyata keçmədi. Buna baxmayaraq, ermənilərin xəyali imperiya qurmaq səyləri hələ də bitməyib. Bütün Qafqazın erməniləşdirilməsi planı XIX əsrin sonlarında yenidən vüsət aldı və Rusiya imperiyası Gürcüstanda da erməni məsələsindən istifadə etməyə başladı”.

Alim qeyd edib ki, “Böyük Ermənistan”ın yaradılması və bütün Qafqazın erməniləşdirilməsi planı” bu gün də mövcuddur: “XIX əsrin sonunda yaranan “Daşnaksutyun” təşkilatı bu gün də mövcuddur və kəskin surətdə, açıq şəkildə erməni şovinist dairələrinin arzularını həyata keçirməyə çalışır. Həmin daşnaklara məxsus bir deyim var: “Gürcü milləti ölü millətdir və Qafqazda onların yerini biz ermənilər tutmalıyıq”. Daşnakların planlarına təkcə Abxaziyanın deyil, Acarıstan və Cavaxetiyanın da da zəbt edilməsi daxildir”.

Müsahibəsində “Abxaziya – Ermənistanın Qara dəniz sahilidir!” fikrinə də toxunan A.Abdaladzenin sözlərinə görə, bu qiymətləndirmə təəssüflər olsun ki, tamamilə reallığı əks etdirir: “Apsuaların (red. - müasir Abxaziyada yaşayan əhalinin bir hissəsi apsua adlanır) sadəlövhlüyündən ermənilər məharətlə istifadə ediblər. Ermənistanın arzusu Qara dənizə çıxış əldə etməkdir”.

Alim deyib ki, ABŞ və başqa ölkələrdə fəaliyyət göstərən güclü erməni lobbisi Gürcüstanda erməni məsələsinin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti xərcləyir: “Ermənilər gürcü-erməni əlaqələrinin tədqiq olunması naminə müxtəlif işlər görürlər. Mən erməni kilsəsi tərəfindən maliyyələşən, Gürcüstanın əleyhinə fəaliyyət göstərən bəzi “gürcü araşdırıcı” erməniləri tanıyıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti