...

Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nun qismində özünün müdafiəsini görür

Siyasət Materials 11 Fevral 2017 21:45 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nu özünün müdafiəçisi sayır
Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nun qismində özünün müdafiəsini görür

Bakı. Trend:

Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nu özünün müdafiəçisi sayır. Bu barədə Trend Amerikanın "Gallup" şirkəti tərəfindən dərc edilmiş sorğunun nəticələrinə istinadən xəbər verir.

2016-cı ildə keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının 16 faizi NATO-nu təhlükə sayır, 44 faizi isə bu təşkilatı nə müdafiə nə, təhlükə mənbəyi hesab etmirlər.

Bundan əlavə, Gürcüstan vətəndaşlarının 37 faizi NATO-nu müdafiçi qismində, 8 faizi təhlükə qismində görürlər. Vətəndaşların 35 faizi isə təşkilatı nə müdafiəçi, nə də təhlükə hesab etmirlər.

Ermənistanda NATO-nu 8 faiz əhali özünün müdafiəçisi, 20 faiz isə təhlükə hesab edir. 38 faiz Ermənistan vətəndaşı təşkilatı nə müdafiəçi nə, təhlükə hesab etmirlər.

Qeyd edək ki, sorğu 2016-cı ildə telefon vasitəsi ilə keçirilib. Sorğuda hər ölkədən 15 yaşdan yuxarı 1000 nəfər iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti