...

"Paraqvay ali məktəblərində Azərbaycanşünaslıq Kafedrası açılmalıdır"

Siyasət Materials 25 May 2017 11:01 (UTC +04:00)

Bakı. Trend:

Ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf edib.

Trend-in məlumatına görə, bu barədə ispandilli “Eurasia hoy” analitik xəbər portalında müəllifi paraqvaylı Blas Oddone olan “Azərbaycan multikulturalizminin Paraqvayda təşviqi zərurəti” başlıqlı məqaləsində bildirilir.

Məqalədə mədəni, dini həmrəyliyin və mədəniyyətlərarası dialoqun dünya səviyyəsində nümunəsi olan Azərbaycanın Qafqaz regionunda lider mövqeyi önə çəkilir.

Habelə məqalədə 2015-ci ilin mart ayında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Paraqvaya səfəri, səfər zamanı onların Paraqvay Milli Konqresində keçirdiyi görüşlər barədə məlumat verilir. Bildirilir ki, həmin görüşlərdə paraqvaylı deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin dünyada mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində siyasətini, bu xüsusda Bakı şəhərində Beynəlxalq Multikulturalizm Mərkəzinin açılmasını xüsusi vurğulayıb.

Azərbaycan-Paraqvay münasibətlərinə toxunan müəllif mədəni və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdirilməsinin, Azərbaycanın multikulturalizm dəyərlərinin təşviqi sahəsində təqdirəlayiq təcrübəsinin öyrənilməsi məqsədi ilə Paraqvay ali məktəblərində Azərbaycanşünaslıq Kafedrasının açılmasının zəruriliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti