Vaşinqtonda 28 May - Respublika və Azərbaycan Silahlı Qüvvələri Günləri təntənəsi yaşanıb (FOTO)

Vaşinqtonda 28 May - Respublika və Azərbaycan Silahlı Qüvvələri Günləri təntənəsi yaşanıb (FOTO)

Bakı. Trend:

Ənənəyə uyğun olaraq bu il də Vaşinqton şəhərinin ən tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ziyafətdə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri, Konqresinin üzvləri və peşəkar heyət, bir sıra ABŞ ştatlarının nümayəndələri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı əməkdaşları, 40-dan çox səfirin də daxil olduğu diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri qatılıb. Bununla yanaşı, ziyafətdə ABŞ Müdafiə Departamentinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən generallar və Vaşinqtonda akreditə olunan hərbi attaşelər iştirak ediblər.

Tədbirin əvvəlində amerikan "Voices of Liberty" müsiqi qrupunun ifasında Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən səfir Elin Süleymanov qonaqları salamlayaraq tədbirin eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu diqqətə çatdırdı və vətənə göstərdiyi qəhrəman xidmətlərinə görə Azərbaycan hərbçilərinə dərin minnətdarlığını bildirdi. Diplomat ABŞ administrasiyası və digər dövlət qurumlarının tədbirdə müstəsna dərəcədə müşahidə olunan yüksək səviyyəli təmsilçiliyinin, həmçinin Azərbaycanın çoxsaylı dostlarının iştirakının tədbirin və ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirdi. Həmçinin, səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək Azərbaycan səfirliyi adından iştirakçılara sülh və əminamanlıq arzu etdi.

Diplomat tədbirin əlamətdarlığı barədə danışarkən 99 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının tarixi əhəmiyyətini vurğuladı. Bu xüsusda, səfir Süleymanov qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin möhkəmləndirilməsi, xalqların dinc və birgə yaşayışının, eləcə də etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmini sahəsində həyata keçirdiyi tədbirləri diqqətə çatdırdı.

Bundan sonra diplomat bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünün tamam olduğunu xatırlayaraq iki dövlət arasında qurulan möhkəm tərəfdaşlıq əlaqələrinə toxundu. Səfir ötən müddət ərzində ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirdi və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışdı.

Diplomat hazırda dünyanın bir çox bölgələrində dözümsüzlük və zorakılıq meyllərinin artmasının müşahidə olunduğu halda, ölkəmizin etnik müxtəliflik və tolerantlıq təcrübəsi ilə seçildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu təcrübənin daha da möhkəmləndiyini vurğuladı. Məhz bu yanaşmanın göstəricisidir ki, hazırda ölkəmiz həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Səfir İslam Həmrəyliyi Oyunlarının məhz proqressiv müsəlman dövlət kimi Azərbaycanda keçirilməsinin və onun Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsinin böyük simvolik əhəmiyyət kəsb etdiyini vurğuladı.

Daha sonra ABŞ-ın yüksək vəzifəli, nüfuzlu və dərin təcrübəyə malik diplomatlarından sayılan dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şanon çıxış etdi. ABŞ diplomatı ölkəmizi bu əlamətdar gün münasibətilə təbrik etdi və Azərbaycan-ABŞ münasibətləri barədə yüksək fikirlər səsləndirdi. T.Şanon ABŞ prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxudu.

ABŞ diplomatı həmçinin iki dövlət arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizi təbrik etdi və bu müddət ərzində tərəflər arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu söylədi. T.Şanon Azərbaycanın bir çox sahələrdə ABŞ-ın möhkəm tərəfdaşı olaraq qaldığını vurğulayaraq, ölkəmizin yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxundu. ABŞ diplomatı 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini iki dövlət arasında tərəfdaşlığın həlledici mərhələsi adlandırdı. Həmçinin hazırda reallaşmaqda olan Cənub Qaz Dəhizi layihəsinin icrasına toxunan T.Şanon Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ABŞ prezidenti cənab Donald Tramp tərəfindən Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış məktuba istinad edərək ABŞ-ın enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirdi. T.Şanon həmçinin ABŞ-ın ölkəmizlə ticarət və biznes əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkəmizin 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək göstərən birinci ölkələr sırasında olduğunu, Azərbaycanın İraq və Balkanlarda sülh əməliyyatlarında iştirak etdiyini və hazırda Əfqanıstanda NATO-nun "Qətiyyətli dəstək missiyası"na öz qüvvələri və logistik imkanları ilə töhfə verdiyini və ABŞ-ın terroçuluğa qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığı xüsusi təqdir etdiyini bidirdi. T.Şanon həmçinin enerji və təhükəsizlik ilə yanaşı, siyasi dialoq və demokratik prinsiplərin təşviqi sahəsində əməkdaşlığa toxundu.

Qeyd edilməlidir ki, ölkəmizin bu tədbirində ABŞ adminsitrasiyasının əvvəlki illərdə müşahidə olunmayan dərəcədə yüksək səviyyədə təmsil olunması və səsləndirilən təqdiredici bəyanatlar Tramp administrasiyasının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Xatırladaq ki, T.Şanon D.Tramp administrasiyasında yeni dövlət katibi təyin olunana kimi bu vəzifəni müvəqqəti icra etmişdir.

Bundan sonra tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri bir araya gələrək Azərbaycan-ABŞ dostluğunun şərəfinə badələr qaldırmış və ABŞ Konqresinin nüfuzlu üzvü Dana Rohrabaxer bu xüsusda ürək sözlərini ifadə etmişdir.

Daha sonra Vaşinqon şəhərinin aid olduğu Kolumbiya Dairəsinin katibi Lauren Vaugan 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxumuşdur.

Tədbir zamanı qonaqlara Azərbaycanın milli rəqs nümunələri nümayiş etdirilmiş və milli mətbəxin nümunələrindən ibarət təamlar təklif edilmişdir. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün həmçinin iftar süfrəsi təşkil edilmişdir. Bundan əlavə ziyafətdə "İpək Yolu" rəqs qrupu tərəfindən Azərbaycan musiqinin sədaları ilə rəqs nümunələri təqdim edilmiş, həmçinin milli geyimdə "Naxçıvan Yallısı" rəqsi nümayiş etdirilmişdir.

Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Sudanda fövqəladə vəziyyət elan edilib
Sudanda fövqəladə vəziyyət elan edilib
Loading Bars
Xəbər lenti
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Bütün xəbərlər