...

Nazir müavini: Azərbaycanla Aİ arasında viza rejiminin ləğvi gələcəyin işidir

Siyasət Materials 12 İyun 2017 12:13 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin ləğvi gələcəyin işidir
Nazir müavini: Azərbaycanla Aİ arasında viza rejiminin ləğvi gələcəyin işidir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin ləğvi gələcəyin işidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, hazırda tərəflər viza rejiminin sadələşdirilməsi mərhələsindədir:

“Viza rejiminin ləğvi isə gələcəyin işidir. İlk növbədə biz strateji tərəfdaşlıq barədə yeni sazişi icra etməli və müsbət nəticələr almalıyıq. Sonra isə viza rejiminin ləğvi məqsədilə Azərbaycan və Aİ arasında fəaliyyət planını hazırlamaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti