...

Prezident Qurbanqulu Berdiməhəmmədov şəhidlərin xatirəsini anıb (FOTO)

Siyasət Materials 8 Avqust 2017 17:16 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Şəhidlər xiyabanını ziyarət edib.
Prezident Qurbanqulu Berdiməhəmmədov şəhidlərin xatirəsini anıb (FOTO)

Bakı. Trend:

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Şəhidlər xiyabanını ziyarət edib.

Xiyabanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti