...

Azərbaycan "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin görüşündə təmsil olunacaq

Siyasət Materials 7 Sentyabr 2017 14:50 (UTC +04:00)
Görüş sentyabrın 8-də Tallində baş tutacaq.
Azərbaycan "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin görüşündə təmsil olunacaq

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək.

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.

Görüşdə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti