...

XİN: Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir

Siyasət Materials 30 Sentyabr 2017 02:25 (UTC +04:00)
Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir
XİN: Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ankaranın rəsmi siyasətini əks etdirmir. Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti