...

Qazaxıstan və Gürcüstanın baş nazirlərinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Siyasət Materials 30 Oktyabr 2017 20:54 (UTC +04:00)
Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin Azərbaycana səfəri bu gün başa çatıb.
Qazaxıstan və Gürcüstanın baş nazirlərinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin Azərbaycana səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Bu gün Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin də Azərbaycana səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti