...

Milli Məclisin növbəti plenar iclası başladı

Siyasət Materials 31 Oktyabr 2017 12:01 (UTC +04:00)
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Milli Məclisin növbəti plenar iclası başladı

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın gündəliyinə Əmək Məcəlləsinə, "Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Heyvanlar aləmi haqqında", "Təhsil haqqında" və digər bir sıra qanunlara dəyişiklil olmaqla, 38 məsələ daxildir.

İclasda həmçinin, "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi məsələsinə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti