...

Küveyt nəşri BTQ-dən yazıb

Siyasət Materials 31 Oktyabr 2017 18:18 (UTC +04:00)

Bakı. Trend:

Küveytin “Əl-Rəy” qəzetinin 31 oktyabr tarixli buraxılışında “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Rusiya ərazisinə tranzit keçməməklə Çindən Qərbi Avropaya sərf olunan vaxtın azaldılması məqsədini daşıyan, üç ölkəni- Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu xəttinin cari ilin 30 oktyabr tarixində işə düşdüyü barədə məlumat verilib. Yolun 826 kilometr uzunluğunda olduğu və bu xəttin Bakı, Tiflis və Türkiyənin şimal-şərqində yerləşən Qars şəhərlərini birləşdirdiyi qeyd olunub.

Qafqaz regionunun neftlə zəngin ölkəsində yerləşən Ələt şəhərində sözügedən dəmir yolu xəttinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyi və çıxış zamanı bu xəttin Çin ilə Avropa arasında səyahət müddətini azaltmağa kömək edəcəyi, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu bildirdiyi diqqətə çatdırılıb.

Həmçinin məqalədə açılş mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin iştirak etdiyi, qatarların Çindən ayrıldıqdan sonra Mərkəzi Asiyada Qazaxıstandan keçəcəkləri və daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropaya keçməkdən öncə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya gəmilər ilə nəql ediləcəkləri qeyd olunub.

1 milyard ABŞ dolları dəyərində olan bu yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin və ildə 1 milyon sərnişin daşınmasının nəzərdə tutulduğu bildirilib.

Avropa İttifaqının bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının qədim İpək Yolu boyu Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addım olduğunun vurğulandığı diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti