...

İƏT-in Qüdslə bağlı fövqəladə sammitində hansı qərarlar qəbul olunacaq?

Siyasət Materials 11 Dekabr 2017 10:49 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstin üzrə fövqəladə sammitində Qüds şəhərinin İsrail paytaxtı kimi tanınmasına qarşı müəyyən qərarların qəbul edilməsi planlaşdırılır.
İƏT-in Qüdslə bağlı fövqəladə sammitində hansı qərarlar qəbul olunacaq?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Dekabrın 13-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstin üzrə fövqəladə sammitində Qüds şəhərinin İsrail paytaxtı kimi tanınmasına qarşı müəyyən qərarların qəbul edilməsi planlaşdırılır.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verilir.

Qeyd olunur ki, İƏT ölkələri ilk növbədə Qüds üzrə xüsusi komissiya yaradacaqlar.

Digər ölkələrin də Qüdsü İsrail paytaxtı kimi tanıyacağı təqdirdə, İƏT üzv ölkələrinin həmin dövlətlərlə münasibətlərə yenidən baxacağı bildirilir.

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin etiraz əlaməti olaraq ABŞ-dakı səfirlərini geri çağıra biləcəyi istisna olunmur.

Türkiyə KİV yazır ki, İƏT ölkələri İsrailə qarşı iqtisadi sanksiyalar da qəbul edəcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti