...

Namizədlər üçün pulsuz efir vaxtı ləğv edilir? (YENİLƏNİB)

Siyasət Materials 15 Dekabr 2017 16:15 (UTC +04:00)
Seçki Məcəlləsində namizədlərə pulsuz efir vaxtının ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Namizədlər üçün pulsuz efir vaxtı ləğv edilir? (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Seçki Məcəlləsində namizədlərə pulsuz efir vaxtının ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, əvvəllər pulsuz efir vaxtı və dövri mətbuat üçün namizədlərə ayrılan vəsait onların özünə verilirdi: “Namizəd həmin vəsaiti müvafiq istiqamətdə xərcləyirdi, xərcləmədiyi vəsaiti isə dövlət büdcəsinə geri qaytarırdı”.

Komitə sədri qeyd edib ki, 2010-cu ildə Seçki Məcəlləsinə dəyişklikdən sonra isə pulsuz efir vaxtı və dövri mətbuat üçün dövlət büdcəsindən ayrılan vəsait birbaşa mətbuat vasitələrinə ödənilir:

"Bu baxımdan namizədlərə ayrılan vəsaitlərlə bağlı maddələrə ehtiyac qalmır və onların ləğv edilməsi zərurəti yaranır. Lakin həmin maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil. Heç bir halda namizədlər üçün pulsuz efir vaxtı ləğv edilə bilməz”.

Ə.Hüseynli əlavə edib ki, ümumilikdə Seçki Məcəlləsinə 55 dəyişiklik edilməsi təklif olunur: "Dəyişikliklərin böyük əksəriyyəti Azərbaycanda keçirilən son referendumdan sonra Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti