...

Azərbaycanın Əfqanıstanda sülhməramlılarının sayı artırıla bilər

Siyasət Materials 29 Dekabr 2017 13:22 (UTC +04:00)
Azərbaycanın Əfqanıstanda sülhməramlılarının sayı artırıla bilər.
Azərbaycanın Əfqanıstanda sülhməramlılarının sayı artırıla bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri isə “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilir.

Dəyişiklik Azərbaycanın Əfqanıstanda sülhməramlılarının artırılmasına imkan verir. Belə ki, indiyə qədər dörd taqım nəzərdə tutulurdu. Dəyişiklikdən sonra isə 4 taqım məhdudiyyəti aradan qalxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti