...

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edə bilər - HANSI?

Siyasət Materials 21 Fevral 2018 17:12 (UTC +04:00)
Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Qrupunun İdarəetmə şuralarının illik iclasının Bakıda keçirilməsi üçün müraciət edib
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edə bilər - HANSI?

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Qrupunun İdarəetmə şuralarının illik iclasının Bakıda keçirilməsi üçün müraciət edib.

Bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat verilib.

Qeyd olunur ki, söhbət 2021-ci ildə keçiriləcək iclasdan gedir. O da əlavə olunub ki, Dünya Bankı bu ilin payızında Bakı və digər şəhərlərin namizədliklərini nəzərdən keçirəcək.

Qeyd edək ki, hər il Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çoxlu sayda iqtisadi məsələlərin müzakirə olunduğu iclas keçirir. Bu iclaslarda yoxsulluğun azaldılması, beynəlxalq iqtisadi əməkdaşlıq kimi məsələlər nəzərdən keçirilir.

Bu iclaslar hər il Vaşinqtonda, hər üç ildən bir isə fərqli şəhərlərdə keçirilir. 2018-ci ildə iclasa İndoneziya ev sahbiliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti