...

Bakıda hakimlər üçün təlim keçirilir

Siyasət Materials 27 Fevral 2018 11:49 (UTC +04:00)
Bakıda hakimlər üçün təlim keçirilir.
Bakıda hakimlər üçün təlim keçirilir

Bakı. Samir Əli - Trend:

Bu gün Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ICMPD tərəfindən icra edilən MOBİLAZE layihəsinin 4-cü - sığınacaq verilməsi qərarlarının qəbulu prosesinin təkmilləşdirilməsi komponenti çərçivəsində hakimlər üçün sığınacaq axtaranların himayəsi ilə bağlı təlim keçirilir.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri Elnur Nəsibov bildirib ki, iki gün davam edəcək təlimin məqsədi hakimlərin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin Beynəlxalq Qaçqın Hüququ çərçivəsində geri qaytarmamaq prinsipi, məhkəmə prosesi zamanı sığınacaq axtaranlar üçün prosedur təminatları, daxil edilmə hallarının yoxlanılması, sübutların və dəlillərin qiymətləndirilməsi mövzuları üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis məruzə ilə çıxış edib. O, dünyada və Azərbaycanda qaçqınların sığınacaq almaqla bağlı vəziyyəti, onların məhkəmə prosesləri barədə danışıb.

Təlimdə 1 və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsinin hakimləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti