...

Küveyt nəşri Azərbaycanın kurort və istirahət mərkəzlərindən yazıb

Siyasət Materials 5 Mart 2018 13:54 (UTC +04:00)
“The Times Kuwait” qəzetinin 04-10 mart tarixli buraxılışında “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə dərc edilib.
Küveyt nəşri Azərbaycanın kurort və istirahət mərkəzlərindən yazıb

Bakı. Trend:

Küveytdə həftəlik ingilis dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “The Times Kuwait” qəzetinin 04-10 mart tarixli buraxılışında “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Küveytdəki Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə, Azərbaycanın Qafqaz regionunda yerləşən, həm Şərqi Avropa, həm də Qərbi Asiyanı birləşdirən bir ölkə olduğu, Şərqlə Qərb arasında yerləşən bu ölkədə zövq almaq üçün bir çox gözəlliklərlə qarşılaşa biləcəyinin mümkün olduğu, Xəzər dənizinin sahillərində gözəl dənizkənarı çimərlik, kurort və istirahət mərkəzlərinin yerləşdiyi, habelə Azərbaycanda Yanardağ və palçıq vulkanlarını ziyarət edərək bu ölkənin Odlar Yurdu olduğunun bir daha şahidi olmağın mümkünlüyü diqqətə çatdırılıb.

Həmçinin məqalədə ölkədə qədim məsçid və minarələrə, eləcə də Alov Qüllələri kimi dünyanın ən müasir memarlıq tikililərinə rast gəlməyin mümkün olduğu, habelə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın qonaqlara bir çox gözəllikləri təqdim edə biləcəyi, eyni zamanda Bakı, o cümlədən İçəri şəhər, Qəbələ, Şəki, Astara, Nabran şəhərləri, Xəzər dənizi, Qara su vulkanı, Yanardağ, Şirvan milli parkı, Abşeron mill parkı, Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı bulvarı barədə məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti