...

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir (FOTO/VİDEO)

Siyasət Materials 12 Mart 2018 13:14 (UTC +04:00)
Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.
Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir (FOTO/VİDEO)

Bakı. Trend:

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti