...

Türkiyənin Alanya şəhərində AXC-nın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Siyasət Materials 29 Mart 2018 14:25 (UTC +04:00)
Bu günlərdə Türkiyənin Alanya şəhərində Alanya Əlaəddin Keykubad Üniversiteti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib.
Türkiyənin Alanya şəhərində AXC-nın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Bakı. Trend:

Bu günlərdə Türkiyənin Alanya şəhərində Alanya Əlaəddin Keykubad Üniversiteti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib.

BSU-dan Trend-ə verilən məlumata görə, konfransda respublikamızı Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, BSU-nun jurnalistika kafedrasının professoru Etibar Babayev, diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhməd, Azərbaycanşünaslıq laboratoriyasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədov təmsil ediblər.

Konfransı giriş sözü ilə açan Alanya Əlaəddin Keyqubad Universitetinin rektoru professor Əhməd Pinarbaşı öz çıxışında konfransın məram və məqsədi barədə ətraflı məlumat verib. Türkiyə və Azərbaycanın ortaq dəyərlərə malik olduğunu bildirən rektor ölkələrimiz arasındakı münasibətlərin dəfələrlə tarixin ağır sınaqlardan uğurla keçdiyini diqqətə çatdırıb. O, azərbaycanlıların Çanaqqala döyüşlərində Türkiyə uğrunda şücaətlə vuruşduğunu, erməni-daşnak qüvvələri Bakıda qırğınlar törədərkən isə türk ordusunun azəri qardaşlarının köməyinə yetişdiyini xatırladıb. Ə.Pinarbaşı bu dostluq və qardaşlığın heç zaman unudulmayacağını bildirib.

Tədbirdə iştirak edən Alanya şəhər bələdiyyəsinin başqanı Adəm Umud və dövlət nümayəndəsi Mustafa Harput öz çıxışlarında Azərbaycanla Türkiyənin həqiqətən “bir millət iki dövlət” olduğunu bildiriblər. BSU-nun jurnalistika kafedrasının professoru Etibar Babayev Heydər Əliyevin Türkiyə Cümhuriyyət başçıları ilə görüşlərindən bəhs edən sənədli filmini də bu deviz altında tamaşaçılara təqdim edib.

Konfransda BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Azərbaycana Avrasiyaçılıq prizmasından bir baxış”, elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov “Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Yusif Vəzir Çəmənzəminlinin Türkiyə dövlətindəki səfir fəaliyyəti”, diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhməd “Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə qarşılıqlı əlaqələri”, Azərbaycanşünaslıq laboratoriyasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər qurumlarının fəaliyyəti” barədə məruzələrlə çıxış ediblər.

Türkiyəli alimlər Yavuz Uysal, Nacidi Uysal, Mehmet Ak, Namiq Hüseynli, Leyla Harputlu çıxış Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin tarixi kökləri, bugünkü vəziyyəti və gələcək perspektivləri haqqında danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti