...

Azərbaycanda məcburi dövlət daktiloskopik qeydiyyat aparılacaq

Siyasət Materials 3 Aprel 2018 14:02 (UTC +04:00)
Azərbaycanda məcburi dövlət daktiloskopik qeydiyyat aparılacaq.
Azərbaycanda məcburi dövlət daktiloskopik qeydiyyat aparılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda on beş yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan vətəndaşlarının, müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının, sərnişin və yükdaşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvlərinin, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunmuş şəxslərin, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı (İnsan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət) aparılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ yeni hazırlanan "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsinin 7-ci (məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsində əksini tapıb.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan maddəyə əsasən, cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin, müvəqqəti və ya daimi yaşamaq icazəsinin alınması üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin (15 yaşınadək uşaqlar istisna olmaqla), Cinayət, İnzibati Miqrasiya məcəlllərinə uyğun olaraq Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycanda siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərin də belə qeydiyyatı aparılacaq.

Layihədə bildirilib ki, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti