...

Azərbaycanla Bosniya və Herseqovina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 5 Aprel 2018 17:08 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Krnadakı qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İ.Krnadak Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Görüşdə nazirlər Azərbaycan və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər, həmçinin əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

İkitərəfli formatda uğurlu münasibətlərin çoxtərəfli platformada da davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, E.Məmmədyarov Azərbaycan tərəfindən Bakının EXPO-2025-ə namizədliyinin irəli sürüldüyünü qeyd edib.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti