...

AŞ PA Monitorinq Komitəsinin sabiq həmməruzəçisi: "Azərbaycanda prezident seçkilərində seçici fəallığına heyran olmuşuq"

Siyasət Materials 11 Aprel 2018 10:12 (UTC +04:00)
"Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq".
AŞ PA Monitorinq Komitəsinin sabiq həmməruzəçisi: "Azərbaycanda prezident seçkilərində seçici fəallığına heyran olmuşuq"

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycanda prezident seçkilərində belə erkən saatda seçicilərin fəallığına heyran olmuşuq".

Bunu Trend-ə "Azad və demokratik seçkilər uğrunda vətəndaş təşəbbüsü" QHT-dən müşahidəçi, Polşa parlamentinin keçmiş üzvü və AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin sabiq həmməruzəçisi, professor Tadeuş İvinski deyib.

Onun sözlərinə görə, səsvermə başlayandan 3 seçki məntəqəsində müşahidə aparıb:

“Deyə bilərəm ki, vaxtın erkən olmasına baxmayaraq yüksək fəallıqdan heyranam. Səsverməyə çox adam gəlib, xüsusilə qadınlar çoxdur. Komissiyaların tərkibində də qadınlar işləyir. Fəallıq çox yaxşıdır”.

O qeyd edib ki, ümumilikdə 10 seçki məntəqəsinə getməyi planlaşdırır.

“Mən dəfələrlə Azərbaycanda olmuşam, ona görə də paytaxtdan kənarda seçkiləri müşahidə etmək istərdim. Bu, hər zaman maraqlıdır. İndi biz Sumqayıta yola düşəcəyik, eləcə də Abşeron yarımadasında digər məntəqələrdə müşahidə aparacağıq".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti