...

Qırğızıstan Prezidenti: İlham Əliyevin prezident seçkilərində qələbəsi Azərbaycan xalqının onun siyasi kursuna etimadının göstəricisidir

Siyasət Materials 12 Aprel 2018 12:46 (UTC +04:00)
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik teleqramı göndərib.
Qırğızıstan Prezidenti: İlham Əliyevin prezident seçkilərində qələbəsi Azərbaycan xalqının onun siyasi kursuna etimadının göstəricisidir

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik teleqramı göndərib.

Trend bu barədə Qırğızıstan dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: “Azərbaycan Respublikasının Prezident vəzifəsinə seçilməyiniz münasibətilə mənim səmimi və ürəkdən təbriklərimi qəbul edin! Sizin inamlı qələbəniz Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz və Azərbaycanın sabit və hərətərəfli inkişafına yönəlmiş siyasi kursunuza etimadının göstəricisidir. Əminəm ki, birgə səylərlə Qırğızıstan-Azərbaycan münasibətləri gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanaraq genişlənəcək və dərinləşəcək”.

Sooronbay Jeenbekov Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik dövlət fəaliyyətində uğurlar, dost Azərbacan xalqına sülh və firavanlıq arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti