Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.
Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bu seçkiləri xalqın dövlətimizin başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirdi.
Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edildi, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.
Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlıq etdi.
Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirdi və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.