...

"Azəritürk" uşaq moda müsabiqəsi keçirilib (FOTO)

Siyasət Materials 1 İyun 2018 21:37 (UTC +04:00)
Geyimlər gənc modelyerlər tərəfindən 5-15 yaş arası modellər üzərində münsiflər heyyətinə və tamaşaçılara nümayiş etdirilib.
"Azəritürk" uşaq moda müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Mütəmadi olaraq uşaq moda müsabiqələrinin təşkilatçılığını uğurla həyata keçirən "Art Production" növbəti dəfə Azərbaycan və Türkiyə xalqlarının dostluğunu, birliyini və bir-birinə sadiqliyini tərənnüm edən “AZƏRİTÜRK” adlı uşaq moda müsabiqəsini keçirib.

Trend-in məlumatına görə, geyimlər gənc modelyerlər tərəfindən 5-15 yaş arası modellər üzərində münsiflər heyyətinə və tamaşaçılara nümayiş etdirilib.

Müsabiqənin məqsədi Azərbaycan və Türkiyə qardaşlığının möhkəmliyini uşaq və yeniyetmələrimizə təbliğ etmək və bunu daim davam etdirmək üçün onlara geyimlər üzərində türkçülüyümüzü ifadə edən hər bir ornament və ya elementləri tanıtdırıb sevdirməkdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə tanınmış simalarla yanaşı incəsənət xadimləri də çıxış ediblər.

Münsiflər heyəti qismində Ədalət Şükürov, Ramina Abbasova, Leyla Əhmədova, Ülviyyə Bəbirli, Vüqar Kamiloğlu, Hüsniyyə Mürvətova, Elza Seyidcahan iştirak ediblər. Gecənin aparıcısı Abbasağa Əlizadə olub. Sonda qaliblər 3 oğlan, 3 qız arası olmaqla təyin edilib, səslərin hesablanmasını tamaşaçılar monitordan canlı olaraq izləyiblər, həmçinin 3 nəfər modeli də tamaşaçılar səs verməklə qalib ediblər

Qaliblər: tamaşaçı səsverməsi

3-cü yer Model - Qocazadə Manisa, Modelyer - Gülnar Məmmədova

2-ci yer Model Bağırova Aminət, Modelyer - Lalə Ağayeva

1-ci yer Talıbzadə Nilufər, Modelyer - Həsənzadə Xumar

Qızlar arasında münsiflər heyyətinin qərarı ilə qalib olanlar:

3 -cü yer Model - Nəsirova Məryam, Modelyer - Nərminə Qəribova

2 ci yer Model - Selcan Əmiraslanova, Modelyer - Əbdülova Səriyyə

1- ci yer Qarayeva Aysel, Modelyer Xudaverdiyeva Lalə

Oğlanlar arasında qaliblər

3-cü yer Adnan Kərimli, Modelyer Sara Quliyeva

2 -ci yer Davudov Rinat, Modelyer Nərminə Qəribova

1 -ci yer Yusifzadə Məcid, Modelyer - Xumar Həsənzadə

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti