• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

XİN: Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir

1 İyul 2018 11:36 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir.

Bunu Ermənistan xarici işlər nazirinin Almaniyada və xarici işlər nazirinin müavininin ATƏT-in təhlükəsizlik konfransında çıxışı ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə həllində və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasında ən maraqlı tərəfdir. Amma Azərbaycan xalqı və dövləti heç zaman qəbul edə bilməz ki, əraziləri işğal altında qalsın.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və bu əsnada Ermənistanın gücdən istifadə edərək Azərbaycana qarşı davam edən təcavüzü regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Bu azmış kimi Ermənistan aqressiv hərbi doktrinaya malikdir və militarist siyasət yürütməkdə davam edir. Bonn Beynəlxalq Mərkəzinin Militarizasiya İndeksinə görə Ermənistan militarizasiya göstəricisinə görə Avropada birinci və dünyada üçüncü yerdədir. Adam başına düşən gəlirin hərbi məqsədlərə sərf edilməsi göstəricisi Ermənistanda 4.1 faizdir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici 3.6 faizdir. Ermənistanın militarizasiya və silah yarışmasına sərf etdiyi vəsait ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllinə yönəldilə bilərdi.

Ermənistan xarici işlər naziri və onun müavini sözdə deyil, əməldə də sülh istəyirsə, onda Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Nə qədər tezliklə bu edilərsə, bir o qədər də tez regionda sülh təmin oluna bilər. Beləliklə, seçim Ermənistan tərəfdədir və görək onlar hansı yolu seçirlər.

Azərbaycan öz ərazisinin müdafiəsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə imkanlarını artırır və artıracaqdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Hikmət Hacıyev
  • XİN
Digər xəbərlər
Elmar Məmmədyarov Slovakiyaya yola düşdü
Siyasət 3 Dekabr 17:53
Hikmət Hacıyev: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır (VİDEO)
Siyasət 26 Noyabr 09:45
XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir
Siyasət 9 Noyabr 14:28
Azərbaycan XİN Rusiyaya etiraz notası verib
Siyasət 6 Noyabr 17:02
Hikmət Hacıyev Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafını müzakirə edib
Siyasət 6 Noyabr 14:51
İsveçrədə Hikmət Hacıyevin mühazirəsi təşkil olunub (FOTO)
Siyasət 6 Noyabr 02:27
Xəbər lenti
Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO)
Siyasət 01:25
Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı (FOTO)
Mədəniyyət 00:57
ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət 00:15
Prezident İlham Əliyev: Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar
Siyasət 5 Dekabr 23:59
Azərbaycan Prezidenti: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır
Siyasət 5 Dekabr 23:47
Prezident İlham Əliyev: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar
Siyasət 5 Dekabr 23:42
Bakıda 5 evdən oğurluq edən şəxs saxlanıldı
Hadisə 5 Dekabr 23:41
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
Siyasət 5 Dekabr 23:39
Prezident İlham Əliyev: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
Siyasət 5 Dekabr 23:35
Ən çox oxunanlar
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi
Sabunçu bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB)
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib
Nəzər nöqtəsi
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Elxan Ələsgərov: Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır (VİDEO)
Səfir: Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri