...

Nazirlər Kabinetinin "Twitter" səhifəsi açıldı

Siyasət Materials 16 Avqust 2018 13:27 (UTC +04:00)
Müasir dövrdə informasiya məkanında sosial şəbəkələrin rolu getdikcə artmaqdadır.
Nazirlər Kabinetinin "Twitter" səhifəsi açıldı

Bakı. Trend:

Müasir dövrdə informasiya məkanında sosial şəbəkələrin rolu getdikcə artmaqdadır. Bu baxımdan dövlət qurumlarının rəsmi internet saytları ilə yanaşı sosial şəbəkələrdəki rəsmi səhifələri də informasiya təminatı və vətəndaş müraciətlərinin çevik cavablandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İlk dövrlər sosial şəbəkələr arasında "Facebook" daha populyar olsa da, sonradan "Twitter" daha çox rəsmi və ciddi akademik dairələrin informasiya məkanına çevrilib. Bu gün dünyanın əksər ölkələrində həm ayrı-ayrı rəsmilərin, həm də dövlət qurumlarının və şirkətlərin "Twitter" hesabı ən operativ ilkin informasiya mənbəyi hesab olunur.

Azərbaycanda da dövlət qurumlarının bir çoxunun "Twitter" səhifəsi mövcuddur. Ölkəmizdə ilk "Twitter" səhifəsi yaradan dövlət orqanı 2011-ci ilin aprel ayında Prezident Administrasiyası olub. Hazırda Xarici İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Müdafiə, Gənclər və İdman, Səhiyyə, Maliyyə, Energetika, İqtisadiyyat nazirliklərinin, Diasporla İş üzrə, Dini Qurumlarla İş üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Gömrük, Əmlak Məsələləri Dövlət komitələrinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Neft Fondunun, "ASAN xidmət"in "Twitter" səhifəsi fəaliyyət göstərir.

Doğrudur, bunlardan bəziləri passiv təsir bağışlayır, bir neçəsi isə uzun müddətdir ki heç bir paylaşım etmir.

Bir sıra dövlət qurumlarının isə ümumiyyətlə "Twitter" hesabları mövcud deyil.

Bu mənada uzun illər müasir dövr informasiya resurslarından istifadə etməyən Nazirlər Kabinetinin "Twitter" səhifəsinin (@AzerbaijanNK) yaradıması xoş bir yenilikdir. Qeyd etmək lazımdır ki, Baş nazir Novruz Məmmədovun şəxsi "Twitter" hesabı 2011-ci ilin aprel ayından fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti