...

Azərbaycanda gənclərə yaradılan şərait Avropa ölkələri ilə müqayisə oluna bilər (FOTO)

Siyasət Materials 29 Oktyabr 2018 13:39 (UTC +04:00)
Bu gün Azərbaycanın dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşamaqdadır.
Azərbaycanda gənclərə yaradılan şərait Avropa ölkələri ilə müqayisə oluna bilər (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanın dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşamaqdadır. Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Müstəqilliyin varisləri - Azərbaycanın gələcəyi” Azərbaycan Gənclərinin VIII forumu çərçivəsində Bakı şəhər zona toplantısında deyib.

F.Cəfərov bildirib ki, dövlətin gənclər üçün yaratdığı şərait Avropa ölkələri ilə müqayisə oluna biləcək səviyyədədir:

“Bilirsiniz ki, 2011-ci ildə cənab Prezidentin gənclərlə görüşündən sonra məhz gənclərin istəyi, çağırışı, sosial sifarişi əsasında Gənclər Fondu təsis edilib və fəaliyyət göstərdiyi son 7 il ərzində dörd minə yaxın gənclər və gənclər təşkilatlarından daxil olan layihələri maliyyələşdirib, yüzlərlə gəncin beynəlxalq tədbirlərdə iştirakını dəstəkləyib”.

O qeyd edib ki, 2018-ci ilin mart ayında yenə də dövrün çağırışları və tələbləri, gənclərin istəkləri nəzərə alınmaqla cənab Prezident tərəfindən Gənclər Fondunun fəaliyyət istiqaməti əhəmiyyətli şəkildə dəyişdirilib və gənclərə daha yaxşı, daha səmərəli, dövrümüzün tələblərinə uyğun fəaliyyət göstərmələri üçün şərait yaradılıb.

F.Cəfərov bildirib ki, Fondun maliyyələşdirmə istiqamətləri dəyişdirilib və Fond bundan sonra daha çox istiqamətlərdə gənclərə dəstək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti