...

Rusiya Dövlət Dumasının sədr müavini: Xəzərdə dəniz turizminin inkişafı Rusiya və Azərbaycan üçün prioritetdir (ÖZƏL)

Siyasət Materials 29 Oktyabr 2018 16:09 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya çərçivəsində dəniz turizminin inkişafını nəzərdə tutan yeni layihə çox ciddi iş tələb edir
Rusiya Dövlət Dumasının sədr müavini: Xəzərdə dəniz turizminin inkişafı Rusiya və Azərbaycan üçün prioritetdir (ÖZƏL)

Bakı. Mətanət Nəsibova - Trend:

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya çərçivəsində dəniz turizminin inkişafını nəzərdə tutan yeni layihə çox ciddi iş tələb edir.

Bunu Trend-ə Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov Azərbaycanla Rusiya arasında dəniz turizm mərkəzinin inkişaf perspektivlərini şərh edərkən deyib.

S.Neverovun sözlərinə görə, iki ölkə arasında turizm istiqaməti fəal inkişaf edir və bunu turist axını ilə bağlı statistik məlumatlar da təsdiq edir:

“Bu ilin sonunadək Azərbaycana səfər etmiş rusiyalı turistlərin sayı 1 milyona çata bilər, eyni zamanda Rusiyaya gedən azərbaycanlı turistlərin sayı da 800 min nəfərə çatıb. Fikrimcə bu, ciddi artımdır və Rusiya ilə Azərbaycan arasında bu cür prioritet sahədə fəal qarşılıqlı əməkdaşlığın göstəricisidir. Bununla yanaşı, ölkələrimizin bir-birinə artan marağı qanunauyğundur. Biz bir dildə danışırıq, bizi ümumi tarix əlaqələndirir, buna görə də ölkələrimiz aktiv əməkdaşlıq etməlidir. Rusiyalılar məmnuniyyətlə gözəl Azərbaycana, həm dağ-xizək kurortlarına, həm də yay istirahət zonalarına səyahət edir. Bu səbəbdən də bizim hazırda məqsədimiz dəniz turizmi istiqamətini inkişaf etdirmək və insanların Xəzərə dənizində səmərəli istirahətini təmin etməkdir”.

Deputat əlavə edib ki, Rusiya və Azərbaycan parlamentləri arasında sənədin imzalanması zamanı yüksək səviyyəli komissiya yaradılıb. Bu komissiya çərçivəsində gündəlikdə dayanan regional məsələlərin ətraflı müzakirəsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti