...

Prezident İlham Əliyev Azərbaycanın Rumıniyada yeni səfirini təyin edib (YENİLƏNİB)

Siyasət Materials 6 Noyabr 2018 18:23 (UTC +04:00)
Prezident İlham Əliyev Fərid Abdinbəyovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın Rumıniyada yeni səfirini təyin edib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Fərid Abdinbəyovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti