...

Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu

Siyasət Materials 14 Dekabr 2018 12:19 (UTC +04:00)
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün oldu
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün oldu.

Trend-in məlumatına görə, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, təşkilat 25 ildir ki, fəaliyyət göstərir və islahatlara ehtiyac duyur:

“Biz bu təşkilata böyük əhəmiyyət veririk. Bu gün biz gələcək fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Biz bu təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

M.Çavuşoğlu Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti