...

Arye Qut: Prezident İlham Əliyevin ardıcıl, çoxvektorlu xarici siyasəti sayəsində Azərbaycan əsl regional liderə çevrilib, dünya birliyində nüfuzlu yerini tutub

Siyasət Materials 24 Dekabr 2018 13:15 (UTC +04:00)
Prezident İlham Əliyevin ardıcıl, çoxvektorlu xarici siyasəti sayəsində Azərbaycan əsl regional liderə çevrilib, dünya birliyində nüfuzlu yerini tutub.
Arye Qut: Prezident İlham Əliyevin ardıcıl, çoxvektorlu xarici siyasəti sayəsində Azərbaycan əsl regional liderə çevrilib, dünya birliyində nüfuzlu yerini tutub

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün Beynəlxalq layihələr” Qeyri-Hökumət Təşkilatının rəhbəri Arye Qut Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu əlamətdar gündə Sizə - təcrübəli dövlət xadiminə, Azərbaycan dövlətinin müstəsna istedadlı, praqmatik siyasi xadiminə və layiqli liderinə səmimi hörmət və minnətdarlığımı bir daha bildirmək istərdim.

Sizin ardıcıl, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası əsl regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində öz məxsusi və nüfuzlu yerini tutub".

A.Qut qeyd edib ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsil nümunəsi olub və bu gün də belədir: "Məhz Sizin praqmatik və müdrik siyasi fəaliyyətiniz sayəsində tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Multikulturalizmin Azərbaycan modeli millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, habelə yəhudi icmasına dünyada presedenti olmayan xüsusi qayğıkeş münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinizə, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksəriyyətinin hörmətini qazanmısınız.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti