...

Bakıda "Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 24 Dekabr 2018 16:33 (UTC +04:00)
Bakıda "Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilib.
Bakıda "Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, son 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb. Azərbaycan çox sürətlə inkişaf edir, yenilənir və bu yüksəliş ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır:

"Məmnunluqla demək lazımdır ki, son 15 il Azərbaycanın xüsusi qürur duyulan bir səhifəsini təşkil edir. Bu illər ərzində Azərbaycanda bütün sahələr yenilənib, müasirləşib. Ən başlıcası, insanlarımızın həyat səviyyəsi dəyişib, əhali daha yaxşı yaşayır. Bu isə Azərbaycan cəmiyyətinin birliyini daha da gücləndirir".

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında deyib ki, son 15 il ərzində ölkədə 2 milyon yeni iş yeri yaradılıb, bunlardan 75 faizi regionların payına düşüb:

“Sənaye parklarının 70-dən çox rezidenti tərəfindən ölkə iqtisadiyyatına beş milyard dollardan çox investisiya qoyulub. Ötən ilin yekunlarına əsasən ÜDM-də özəl sektorun payı 84 faiz, məşğulluqda 76 faiz təşkil edib. Son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 250 milyard dollara çatıb. Bu sərmayələrin yarısı xarici investisiyaların payına düşür”.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə qeyd edib ki, son 15 il ərzində paytaxtda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib:

"Bakının Prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub. Görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. İcra başçısı vurğulayıb ki, 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti