...

Azərbaycan “Doing Business” reytinqində ilk onluğa daxil ola bilər (ÖZƏL)

Siyasət Materials 7 Mart 2019 11:13 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının növbəti “Doing Business” hesabatında biznesin aparılmasının asanlığı reytinqində ilk onluğa daxil ola bilər.

Bunu Trend-ə özəl müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktor Mersi Tembon deyib.

O qeyd edib ki, “Doing Business-2019: Treninqlər və islahatlar” reytinqində Azərbaycan “Biznesin başlaması” indikatorunda islahatçı ölkələrin ilk onluğunda qərarlaşıb:

“Azərbaycanın mövqeyi ildən-ilə yaxşılaşır və mən ümid edirəm ki, bu tendensiya davam edəcək”.

M.Tembon daha sonra qeyd edib ki, Dünya Bankı Azərbaycanın uğurları ilə fəxr edir:

“Biz Prezident İlham Əliyevin keçirdiyi iqtisadi və sosial islahatları dəstəkləyirik. Bu islahatlar insanların həyat keyfiyyətinin yaxşılaşmasına və yoxsulluq səviyyəsinin azaldılmasına yönəlib”.

O əlavə edib ki, Dünya Bankı Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti